“Atletiko” Edinson Kavaninin transferi məsələsində PSJ ilə razılıq əldə edib.
“Footmercato” nəşrinin məlunatına görə, 32 yaşlı uruqvaylı hücumçu artıq Madrid klubunda tibbi baxışdan da keçib. Bir müddət əvvəl “Atletiko”nun Kavaniyə görə 15+3 milyon avro ödəyəcəyi, parislilərin isə 20 milyon avro tələb etdiyi barədə xəbərlər dolaşırdı. Amma uruqvaylının yayda müqavilə müddətinin başa çatması və getmək istəməsi PSJ-ni qarşı tərəflə razılaşmağa məcbur edib.
Xatırladaq ki, Kavani 2013-cü ildı 64,5 milyon avroya “Napoli”dən PSJ-yə keçib və Paris klubunun heyətində 293 oyunda 198 qol vurub.